Danışıqlar prosesində Lavrov Consonu belə aldadıb

Danışıqlar prosesində Lavrov Consonu belə aldadıb<span class="qirmizi"></span>

Rusiyanın xarici işlər naziri Böyük Britaniyalı həmkarlndan daha hiyləgər imiş.

Publika.az xəbər verir ki, bu barədə "360" telekanalın efirindən siyasətçi Kris Brayant deyib.

İngiltərə parlamentinin üzvü Kris Brayantın sözlərinə görə, o, həmin danışıqların iştirakçısı və şahidi olub:

"Boris Conson Böyük Britaniyanın xarici işlər naziri postunu tutanda onun Rusiya XİN-in başçısı Sergey Lavrovla görüşü təşkil edilmişdi. O görüşün məyyən məqamında britaniyalı diplomat özünü alçaldılmış hiss edib, çünki Lavrovun onu necə aldatdığını sonradan başa düşüb".

 

Telekanala müsahibəsində sabiq baş naziri tənqid atəşinə tutan Brayant bəzi məqamlarda Consonun dövlət üçün faydalı şəxs olduğunu, xüsusilə Ukrayna böhranı ilə bağlı yeritdiyi siyasətin düzgünlüyünü vurğulayıb.

 

Mənbə: publika.az