Gorus-Xankəndi alternativ yolunun tikintisi hansı mərhələdədir?

 

Ermənilər Laçın dəhlizinin alternativ yolunun 4,5 kilometrlik hissəsindən torpaq yol ilə yaza qədər, yəni erməni tərəfi tikintini bitirənə qədər keçməli olacaqlar. Ordu.az xəbər verir ki, erməni rəsmilər yolun torpaq olsa da, istənilən növ nəqliyyat vasitəsinin keçə biləcəyini bildirib.

Qeyd edək ki, dünən Azərbaycan tərəfi Ermənistanın Xankəndi ilə birləşdirən yeni yolun öz hissəsinin tikintisini başa çatdırdığını bəyan edib. Məlumata görə, uzunluğu 149,5 m, eni 13,5 m olan körpü tikilib. Yolun ümumi uzunluğu 32 kilometrdir ki, bunun da 10 kilometri Ermənistan ərazisindədir.

Yolun yeni salınan hissəsi Xankəndi-Laçın avtomobil yolunun 36 km-dən başlayır. Azərbaycan tərəfi bu hissənin tikintisinə 2021-ci ilin iyul ayından başlayıb və bir il sonra başa çatdığını elan edib

Ermənistan tərəfi faktiki olaraq Bakının tələblərini yerinə yetirir. Laçın və Zabuxdakı ermənilərə avqustun 25-dək evlərini tərk etmək əmri verilib. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi dünən bəyan edib ki, yol məsələsi üçtərəfli bəyannamə əsasında həll olunmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı ABŞ-da çempion oldu - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Danışıqlar prosesində Lavrov Consonu belə aldadıb