"Turan dəhlizinin adını dəyişib Zəngəzur dəhlizi ediblər" - Erməni iranşünas

İran yönümlü erməni ekspert açıqlamasında Zəngəzur dəhlizinin açılması Ermənistan üçün fəlakətli olacağını qeyd edib.

Qazet.az xəbər verir ki, İrəvan Universitetinin iranşünaslıq kafedrasının müdiri növbəti qərəzli açıqlamasında bildirib: “Əgər Azərbaycanın İrandan keçməklə Naxçıvana alternativ marşrutu varsa, “Zəngəzur dəhlizi” deyilən yerdən danışmaq mənasızdır”.

“Tasnim News” xəbər verir ki, İran yönümlü erməni ekspert Vartan Voskanyan deyib: “Sovet İttifaqının dağılmasından dərhal sonra Azərbaycan və Naxçıvan İran vasitəsilə birləşdi”.

Daim anti-Azərbaycan və anti-Türkiyə açıqlamaları ilə gündəmə gələn erməni siyasi şərhçinin iddiasına görə, İrəvan hökumətinin nəzarətindən kənarda Ermənistan ərazisindən dəhliz keçə bilməz.

“Açıq şəkildə bildirilməlidir ki, Türkiyə və Azərbaycan Ermənistan ərazisindən heç bir dəhliz almayacaqlar. Çünki bunun Ermənistan üçün fəlakətli nəticələri olacaq”,-deyə Voskanyan cəfəng fikirlər səsləndirib.

O, həmçinin iddia edib ki, Turan dəhlizinin açılmasını əvvəllər türklər təklif edib, lakin Ermənistan, İran və Rusiyada bu termin həssas qarşılandığına görə onun adını dəyişiblər.

Açıklama yok.

Qazet.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan erməniləri Qarabağdan QOVUR

SONRAKI XƏBƏR

Azərbaycan yeni qırıcıları kimdən alacaq – EHTİMAL