Aİ nüvə sazişinin əldə olunması üçün ABŞ və İrana təzyiq edir

Aİ nüvə sazişinin əldə olunması üçün ABŞ və İrana təzyiq edir<span class="qirmizi"></span>

Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək üçün ABŞ və İrana təzyiq edir.

“Report” TASS-a istinadən xəbər verir ki, Avropa nüvə sazişi ilə bağlı son təklifini bir neçə gün əvvəl edib: “Əgər bu həftə saziş əldə olunmasa, qorxuram ki, danışıqlar ABŞ-da noyabr ayında keçiriləcək seçkilərədək təxirə salınar”, - Aİ diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.

Məlumata görə, İran ABŞ-ın sazişdən imtina etməyəcəyi ilə bağlı zəmanət tələb edir. Avropa isə İranın neft potensialını nəzərə alaraq, sazişin mümkün qədər tez əldə olunmasına maraq göstərir.

Mənbə: report.az