Ermənilər əşyalarını yığsalar da, hələ Laçından çıxmayıblar

Ermənilər əşyalarını yığsalar da, hələ Laçından çıxmayıblar<span class="qirmizi"></span>

Laçında qanunsuz məskunlaşan ermənilər əşyalarını toplayıb, ancaq hələ şəhəri tərk etməyiblər. Ordu.az xəbər verir ki, bunu qondarma qurumun Laçındakı “nümayəndəsi” Narek Aleksanyan məlumat verib.

O, 170 nəfərin Laçını tərk edəcəyini deyib. Ermənilərin hansı istiqamətə gedəcəkləri məlum deyil. Onlar ya Xankəndiyə, ya da Ermənistana köçəcəklər.

Aleksanyan yeni yol boyunca yerləşən kəndlərdəki ermənilərin köçürülüb-köçürülmədiyini bilmir.

Şəhəri tərk edən ermənilərin evləri yandırmasına toxunan Aleksanyan “təhlükəsizlik problemləri”nin olduğunu və ermənilərin evləri yandırmamasına üstünlük verdiyini qeyd edib.

O, şəhərdəki kilsənin üzərindəki xaç daşlarının da daşındığını bildirib.

 

Mənbə: ordu.az