Çin Tayvana doğru hərəkətə keçdi - 30 təyyarə, qırıcı və 5 gəmi...

Çinin Xalq Azadlıq ordusunun hava və dəniz qüvvələrindən böyük bir hissə Tayvana doğru yola salınıb.

Bakupost.az xəbər verir ki, 30 hərbi təyyarə və 5 gəmi artıq Çindən adaya doğru yol alıb.

"Bu gün saat 12:00-ə olan məlumata görə, onlardan 15-i orta xətti keçib" - deyə adanın müdafiə qurumunun məlumatında deyilir.

Qeyd olunub ki, orta xətti keçən hava qüvvələrinin içində Su-30, J16 da var.

Tayvan hava hücumundan müdafiə patrulunu nəzarət üçün göndərib, eləcə də zenit-raket sistemləri hazır vəziyyətə gətirilib.

Aygün

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

"Mən olsaydım Diana ölməzdi" - FOTO

SONRAKI XƏBƏR

Bakının Tbilisi prospektində təmir işləri aparılır