Putin Rusiyanın yüksək dəqiqlikli silahlarından danışıb

Putin Rusiyanın yüksək dəqiqlikli silahlarından danışıb<span class="qirmizi"></span>

Rusiya prezidenti Vladimir Putin "Ordu-2022" forumunda çıxışı zamanı xarici həmkarlarını illər və onilliklər qabaqlayan ölkənin perspektivli silahlarından danışıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Xüsusilə maraqlı olan, gələcəyə yönəlmiş və silahlı qüvvələrin gələcəyini müəyyən edəcək perspektivli modellər və sistemlərdir. Söhbət yüksək dəqiqlikli silahlardan və robot texnikasından, yeni fiziki prinsiplərə əsaslanan döyüş sistemlərindən gedir. Onların bir çoxu xarici həmkarlarını illər, bəlkə də onilliklər qabaqlayır və taktiki-texniki xüsusiyyətlərinə görə onlardan xeyli üstündürlər", - Federasiya başçısı bildirib.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org