İslamiada: Azərbaycan atıcılıqda ilk medalını qazanıb

İslamiada: Azərbaycan atıcılıqda ilk medalını qazanıb<span class="qirmizi"></span>

Azərbaycanın stend atıcısı Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, skit reytinq yarışlarında 3-cü yeri tutub.

Qeyd edək ki, bu, Azərbaycanın atıcılıq növündə İslamiadadakı ilk medalıdır.

Mənbə: report.az