“PUTİNİN AŞPAZI” UKRAYNADA ÖLDÜRÜLÜB? – USQ “Vaqner"in qərargahını məhv edib

Ukrayna ordusu örtən gün "Vaqner" özəl hərbi şirkətin Popasna qəsəbəsində yerləşən qərargahını məhv edib. Hücum zamanı "Vaqner"in yaradıcısı və rəhbəri, rusiyalı milyarder, "Putinin aşpazı" ləqəbli Yevgeni Priqojinin də öldürüldüyü iddia olunur.

"AzPolitika.info" Britaniyanın "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, qruplaşmanın koordinatları ötən həftə Popasnadakı bazada olan rus təbliğatçısı Sergey Sredanın səhvi nəticəsində deşifrə olub. Belə ki, o, qərargahdan çəkdiyi fotoları internetə yerləşdirdikdən sonra Ukrayna ordusu bu görüntülər əsasında bazanın koordinatlarını müəyyən edib. Ötən gün isə "HIMARS" sistemləri vasitəsilə hərbi qruplaşmanın olduğu baza məhv edilib. "Daily Mail" yazır ki, Ukrayna ordusunun endirdiyi raket zərbələri nəticəsində bazaya böyük ziyan dəyib və onlarla vaqnerçi məhv edilib.

Həmçinin "Vaqner"in rəhbəri Yevgeni Priqojinin də hücum zamanı məhv edildiyi iddia olunur.

Qeyd edək ki, "Vaqner"ə yaxın mənbələr də bazanın vurulma faktını təsdiqləyiblər.

"AzPolitika.info"

 

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Rusların hələ də nəhəng sursat ehtiyatı var - Jdanov

SONRAKI XƏBƏR

Finlandiyada ruslar Ukrayna himni ilə qarşılanır