Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan XİN Misirə başsağlığı verib<span class="qirmizi"></span>

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.

Mənbə: report.az