“Pfizer”in rəhbəri koronavirusa yoluxub

ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru Albert Bourla koronavirusa yoluxub.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə məlumat verib.

A.Bourla özünü yaxşı hiss etdiyini, xəstəliyi yüngül keçirdiyini vurğulayıb: “Mən özümü təcrid etmişəm və “Paxlovid” preparatı qəbul etməyə başlamışam”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

BP: "Şahdəniz Alfa" platformasından hasilat 14 günlüyünə dayandırılır"

SONRAKI XƏBƏR

Ankarada fırtınada bir nəfər öldü