"Dəniz kuboku” müsabiqəsinin açılışı keçirilib

"Dəniz kuboku” müsabiqəsinin açılışı keçirilib<span class="qirmizi"></span>

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsinin açılışı keçirilib.

"Report" xəbər verir ki, yarışda 4 komanda - Azərbaycan, Rusiya, İran və Qazaxıstan komandaları iştirak edir.

Açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayıb, bütün komandalara uğurlar arzu edib: "Yarışın keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaradılmasıdır".

"Dəniz kuboku"beynəlxalq yarışlarda iştirak edən gəmilər:

1.Azərbaycan Hərbi Dəniz Qüvvələri:
-G-124 gözətçi gəmisi;
-G-122 gözətçi gəmisi.

2.Rusiya Hərbi Dəniz donanmasının Xəzər flotiliyası:
-" Mahaçkala"gəmisi;
-"Astraxan"gəmisi.

3.İran Hərbi Dəniz Qüvvələri:
-"Peykan"raket kateri;
-"Cövşən"raket kateri.

4.Qazxıstan Hərbi Dəniz Qüvvələri:
-"Oral"gəmisi;
-"Sarıarka" gəmisi.

"Dəniz kuboku" müsabiqəsi aşağıda qeyd olunan 3 mərhələdə keçirilib:

1.Artilleriya atəşlərinin yerinə yetirilməsi

2) Gəminin dayanıqlığı uğrunda mübarizə ve xilasetmə hazırlığı

3) Dəniz hazırlığı

Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir. Bundan əlavə "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda "Dostluq evində" Azərbaycan pavilyonu yaradılıb.

Mənbə: report.az