"Qazaxlar, bu nə nankorluqdur?"

"Qazaxlar, bu nə nankorluqdur?"<span class="qirmizi"></span>

Rusiyalı təbliğatçılar Qazaxıstana göz qoyub

"Qazaxıstan Rusiya və SSRİ tərəfindən böyük hədiyyə olub..."

Qara siyahı"da Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan, hətta Belarus var...

Rusiyalı təbliğatçılar federal telekanalların efirində getdikcə daha tez-tez Qazaxıstana qarşı ərazi iddiaları irəli sürür.

Onlar utanmadan heç vaxt belə dövlətin olmadığını, onun ərazisinin isə "Rusiya və SSRİ tərəfindən böyük hədiyyə" olduğunu bəyan edirlər.

Moderator.az xəbər verir ki, bu barədə "Nastoyaşşeye vremya" ("İndiki zaman") telekanalının süjetində deyilir.

Qeyd olunur ki, KİV-lər müntəzəm olaraq keçmiş sovet respublikalarının ünvanına "nankor qonşular" ifadəsi işlədilir.

"Qara siyahı"da ilk olaraq Baltikyanı ölkələr, daha sonra Ukrayna və Gürcüstan, bəzən hətta Belarusun da adı çəkilir.

Başlıca səbəb- Kremlə qarşı loyal münasibət göstərməməkdir.

İndi isə növbə Qazaxıstana çatıb. Rusiyalı siyasətçi və təbliğatçılar bu ölkənin ərazisini əzəli rus torpaqları" hesab edir, son zamanlar isə Qazaxıstanı "ikinci Ukrayna" və "Cənub sərhədlərində antirusiya" adlandırır.

"Qazaxıstan, sadəcə, mövcud olmayıb", "Ukrayna, Belarus, Qazaxıstan-bunlar, ümumiyyətlə, tarixi Rusiya imperiyasının torpaqlarıdır", "Qazaxlar, qardaşlarımız, bu nə nankorluqdur?",

"Qazaxıstanın ərazisi, ümumiyyətlə, Rusiya və SSRİ tərəfindən böyük hədiyyədir", "Bir var xeyirxah rus insanı bunu sizə hədiyyə edib və siz bunu qiymətləndirib, onunla dostluq edirsiniz, bir də var siz buna tüpürürsünüz", - hakimiyyətyönlü federal kanallarda təbliğatçılar və siyasətçilər belə deyir.

Öz süjetlərində jurnalistlər Dmitri Medvedevin "V kontakte" sosial şəbəkəsində "geniş postu"nu xatırladıb.

Orada Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rusiya imperiyasının sərhədlərinin bərpasından danışıb, belə fikir yürüdülüb ki, Ukraynadan savayı, Gürcüstan da, Qazaxıstan da süni şəkildə yaradılan ölkələrdir və əsrlər boyu orada ruslar yaşayıb.

Mənbə: moderator.az