Rusiya İrana 1000-ə yaxın zərbə-kəşfiyyat PUA-sı sifariş edib.
Bu barədə öz mənbələrinə istinadla tanınmış livanlı araşdırmaçı və jurnalist Elayca Matye xəbər verib.
«Rusiya İranla 1000 ədəd PUA-nın satın alınması barədə kontrakt imzalayıb - rusiyalı zabitlərin məşq etmələri üçün İranın bir neçə təyyarə və trenajyor tədarük etməsindən sonra. İlk dronlar artıq Ukraynada istifadə olunub» - Matye yazır.
Onun sözlərinə görə, son onillikdə Rusiya Federasiyası dronlar industriyasına kifayət qədər diqqət və investisiya ayırmayıb, amma diqqəti hipersəs raketlərinin işlənib hazırlanmasına cəmləşdirib və bu istiqamətdə ABŞ-ı ötüb keçib.
Ukraynada müharibə isə göstərdi ki, PUA-lar bütün ordular üçün qaçılmaz olub.
Mənbə: azpolitika.info