Latviya Ukraynaya iki helikopter verdi

Latviya Ukraynaya iki helikopter verdi<span class="qirmizi"></span>

Ukrayna Hərbi Hava Qüvvələri Latviyanın hədiyyə etdiyi dörd helikopter alıb və yaxın gələcəkdə onlar Ukrayna Silahlı Qüvvələrinin aviasiya donanmasının tam tərkib hissəsi olacaqlar.

Publika.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin rəhbəri Artis Pabriks "Twitter" səhifəsində yazıb.

O, həmçinin vurğulayıb ki, Qərb ölkələrinin Ukraynaya dəstəyi bütün ərazisini Rusiya işğalçı qüvvələrindən azad edənə qədər dayanmamalıdır.

Latviya KİV-lərinin verdiyi məlumata görə, iki Mi-17 helikopteri və iki Mi-2 helikopteri qismən sökülmüş halda Ukraynaya təhvil verilib. Çatdırılmadan əvvəl helikopterlər rənglənib, bir Mi-17 isə əsaslı təmir edilib. Ukrayna Hərbi Hava Qüvvələri helikopterlərin montajı başa çatdıqdan sonra missiyalar üçün istifadə etməyə başlayacaq.

 

Hüseyn İbadlı

Mənbə: publika.az