“Putin Ərdoğanın sayəsində...” – Nüfuzlu nəşrdən İDDİA

“Putin Ərdoğanın sayəsində...” – Nüfuzlu nəşrdən  <span class="qirmizi">İDDİA</span>

 

Rusiya ilə Türkiyə arasında son vaxtlar artan ikitərəfli danışıqlar dünya mətbuatının da diqqətini çəkir.

Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzeti Rusiya-Türkiyə əlaqələrinə dair ilginc iddia irəli sürüb.

Təhlili qələmə alan Stiv Erlanqer yazır:

“Ərdoğanın riskli seçkiyə hazırlaşdığı və Suriyada yeni sərhəd əməliyyatı planlaşdırdığı vaxtda Türkiyə nağd pul, qaz və ticarət axtarışındadır, Putinin isə Qərbin sanksiyalarından qurtulmaq üçün dostlara ehtiyacı var”.

Erlanqer bildirib ki, Putinin öz problemləri var, Ukrayna müharibəsində ilişib qalıb və Qərbin sanksiyaları Rusiya sənayesinə ağır zərbə vurub.

Müəllif Ərdoğan və Putinin son üç həftədə iki dəfə görüşməsinin NATO-nun narahatlığına səbəb olduğunu söyləyərək, Rusiya liderinin türk həmkarı sayəsində Qərbin sanksiyalarına qarşı “nəfəslik” açdığını iddia edib.

Mənbə: teleqraf.com