Dövlət Departamenti ABŞ və Türkiyənin F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqları davam etdirdiyini təsdiqləyib

Dövlət Departamenti ABŞ və Türkiyənin F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqları davam etdirdiyini təsdiqləyib<span class="qirmizi"></span>

 

ABŞ Dövlət Departamenti Vaşinqton və Ankaranın Türkiyəyə F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqlar apardığını bildirib, lakin Türkiyə hərbi heyətinin Vaşinqtona gəlişini təsdiqləməyib. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

"Türkiyə NATO üzrə mühüm müttəfiqdir, Türkiyə mühüm rol oynamalıdır. Biz birbaşa Türkiyə hökuməti ilə danışıqlar aparırıq. Biz də onlar kimi Türkiyəni NATO ilə, NATO-nun müasir hərbi texnikası ilə uyğunlaşdırmağa yönəlmişik. Bu söhbətlər davam edir", - deyə N.Prays bildirib.

Lakin o, Türkiyə nümayəndə heyətinin Vaşinqtona gəlişini təsdiqləməyib: "Bu söhbətlər mütəmadi olaraq aparılır, mən konkret nümayəndə heyətindən danışa bilmərəm".

Ordu.az

 

Mənbə: ordu.az