DSX: "Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla sərhəddə qeydə alınır"

DSX: "Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla sərhəddə qeydə alınır"<span class="qirmizi"></span>

“Azərbaycan dünya narkotacirlərinin marşurutunda yerləşən ölkələrdən bidiridr. Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır”.

“Report”un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, DSX tərəfindən ictimaiyyətə zaman-zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən sərhəd naryadlarına silahın tətbiq olunmasına dair faktlar çatdırılır.

General-leytenant söyləyib ki, torpaqlarımız işğal altında olan zaman Cəbrayıl rayonu istiqamətindəki dövlət sərhədindən narkotik vasitələrin daşınması işlərindən aktiv şəkildə istifadə olunurdu: “Ancaq ərazilərimizi işğaldan azad etdikdən sonra biz bu istiqamətdə çox böyük işlər görmüşük. Lakin buna baxmayaraq, bu qüvvələr oradan yenə istifadə etmək niyyətindədirlər. Hazırda həmin ərazilərdə dövlət sərhədinin mühafizəsi ən yükəsk səviyyədə təşkil olunur. Bu gün sərhədçilərimiz Vətənimizin keşiyində ayıq-sayıq dayanırlar”.

Mənbə: report.az