DSX-nin balansında olan helikopterlərin durumu ilə bağlı açıqlama verilib

“Qaraheybət” ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi açılmışdı və bununla bağlı ictimaiyyətə konkret cavablar verilib. Həmin məlumata bizim əlavəmiz yoxdur.”

“Report”un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq hazırda DSX tərəfindən bütün helikopterlərin yararlılığı yoxlanılıb:

“Onların fəaliyyətinə təsir edəcək hər hansı bir amil yoxdur”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

22 yaşlı gənc su anbarında boğuldu

SONRAKI XƏBƏR

DSX: "Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla sərhəddə qeydə alınır"