Türkiyəyə hücum edildi: Şəhid və yaralılar var - Ordu cavab zərbəsi endirir / VİDEO

Türkiyəyə hücum edildi: Şəhid və yaralılar var -  <span class="qirmizi">Ordu cavab zərbəsi endirir / VİDEO</span>

PKK terrorçuları Türkiyəyə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PKK/YPG terror qruplaşmasının Suriyadan Şanlıurfaya atdıqları raket nəticəsində 1 hərbçi şəhid olub. 4 əsgər yaralanıb. Məlumata görə, mərmi sərhəddə yerləşən sərhəd postuna düşüb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, ordu hücuma artıqlaması ilə cavab verib. Terrorçuların mövqeləri atəş altına alınıb.

Mənbə: metbuat.az