Azərbaycanda yeni partiya yaradılır

Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir.

"Unikal" xəbər verir ki, bunu apa-ya açıqlamasında təşkilatın sədri Akif Nağı bildirib.

Akif Nağı deyib ki, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək.

Partiya sədrliyinə namizəd Akif Nağıdır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

ABŞ ballistik raketini sınaqdan keçirdi

SONRAKI XƏBƏR

20 milyon insan ifrat yoxsulluqla üzləşə bilər