Ukrayna və Fransa liderləri arasında telefon danışığı olub

Ukrayna və Fransa liderləri arasında telefon danışığı olub<span class="qirmizi"></span>

Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində yazıb.

“Cəbhədəki durum, Rusiyanın nüvə terroru barədə həmkarımı məlumatlandırdım. Həmçinin ərzaq təhlükəsizliyinə dair fikir mübadiləsi apardıq. Biz Rusiyaya qarşı sanksiyaları artırmalıyıq”, - Ukrayna lideri bildirib.

Mənbə: report.az