Latviya ruslara Şengen vizası verilməsinə qarşıdır

Latviya ruslara Şengen vizası verilməsinə qarşıdır<span class="qirmizi"></span>

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Ankarada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında ruslara Şengen vizalarının verilməsinin qadağan edilməsinin zəruriliyini açıqlayıb. “Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalarla yanaşı, onun vətəndaşlarına Şengen vizalarının verilməsini qadağan etmək lazımdır”, - o deyib. Nazir onu da qeyd edib ki, Latviya Ukraynaya hər cür dəstəyi göstərməyə hazırdır.


 

Mənbə: azvision.az