""Qisas" əməliyyatı ermənilər üçün dərs olmalıdır" - Deputat

""Qisas" əməliyyatı ermənilər üçün dərs olmalıdır" - Deputat<span class="qirmizi"></span>

"Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında Ermənistana 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərfli bəyanat ilə üzərlərinə götürdükləri öhdəliyi xatırladır, təxribatlarına davam edərlərsə, bunun nəticəsini ağır ödəyəcəklərinin xəbərdarlığını edir".

Bu sozləri Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu düşmənə və onun havadarlarına tarixi dərs verdib:

"Cənab Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın mövqeyini ortaya qoyaraq, erməni silahlı birləşməşmələrinin dərhal Qarabağı tərk etməli olduqlarını vurğulayıb. Bu gün Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün öhdəliklərini yerinə yetirir. Amma bu sözü Ermənistan tərəfi üçün söyləmək mümkün deyil. Törədilən təxribatlar bir daha göstərir ki, Qarabağda hələ də erməni silahlı dəstələri var. Cənab Prezident sonuncu müsahibəsində vurğuladı ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda nəticələr ermənilər üçün daha ağır olacaq. Düşünürəm ki, Azərbaycan ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı ermənilər üçün dərs olmalıdır.

Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı məsələyə də toxunub. Cənab Prezident bir daha vurğulayıb ki, bölgədə yaşayan ermənilərin heç bir statusu olmayacaq. Onlar da bütün Azərbaycan vətəndaşları kimi, o cümlədən, ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri kimi eyni hüquqlara malik olacaqlar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir, Azərbaycanın təsir imkanları isə artır. Bu reallıq son nəticədə hər qarış ərazimizdə Azərbaycan dövlətinin suveren hüquqlarının təmin olunması reallığına gətirib çıxaracaq. Ona görə də düşünürəm ki, Ermənistan ona verilən şansı düzgün dəyərləndirməli və qısa zamanda sülh danışıqlarına başlanması istiqamətində addım atmalıdır".

Aysel Yusifqızı

 

 

 

 

 

Mənbə: sonxeber.az