Ukraynalı partizanlar Rusiyada silsilə terror aktları törətdi

Ukraynalı partizanlar Rusiyada silsilə terror aktları törətdi<span class="qirmizi"></span>

Ukraynalı partizanlar üç dəfə (4, 9 və 12 avqust) Rusiyanın Kursk Atom Elektrik Stansiyasının elektrik ötürücü qüllələrini sıradan çıxarıblar.

Ednews “PolitNavigator”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Mənbə qeyd edir ki, bu yerüstü elektrik xətti Kursk vilayətinin və qonşu regionların əhalisini, sənaye, nəqliyyat, sosial infrastrukturları elektriklə təmin edir.

Mənbə: ednews.net