Krımda belə partlayışların sayı artacaq - Rəsmi Kiyev

Krımda belə partlayışların sayı artacaq - Rəsmi Kiyev<span class="qirmizi"></span>

Hərbi bazalarda, xüsusən də silah-sursat anbarlaırnda təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən belə halların gələcəkdə təkrarlanması istisna deyil.
“Ölkə.Az” xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Krımda Rusiyaya məxsus silah anabarında baş verən partlayışı şərh edərkən deyib.
“Bu, yeni başlayan bir sıra güclü partlayışlar silsiləsindəndir. Rusiya Müdafiə Nazirliyinin sadəcə siqaret çəkməyi bilmədiklərini, anbarlarda təhlükəsizliyə necə düzgün yanaşacağını bilmədiklərini necə dediyini xatırlayırsınız? Ona görə də hesab edirəm ki, Rusiya ordusunun intellektual səviyyəsinə əsaslanaraq, xüsusən də Krımda belə halların sayı artacaq”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlaırnda Krımın Cankoy rayonunda, Mayskoye kəndində hərbi hissələrdən birinin müvəqqəti silah-sursat anbarı ərazisində baş verən yanğın və partlayışlar olub. Hadisə nəticəsində yerli sakinlər təxliyə olunmağa başlayıb. Üç minə yaxın insan təxliyyə edilib. Partlayış zamanı Ukrayna-Krım dəmiryolunda ciddi dağıntılat yaranıb. Rusiya bu yolla Ukraynaın işğal etdiyi ərazilərə silah-sursat daşıyırdı.
Mürtəza
Ölkə.Az

Mənbə: olke.az