Lukaşenkodan ŞOK AÇIQLAMA: "Diktaturanı işə salmalıyıq..."

Lukaşenkodan ŞOK AÇIQLAMA: "Diktaturanı işə salmalıyıq..."<span class="qirmizi"></span>

“Belarusda kənd təsərrüfatına nəzarətin və nizam-intizamın artırılması lazımdır”.

Publika.az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, inkişaf üçün diktatura vacibdir: “Əgər biz kənd təsərrüfatı sahəsini inkişaf etdirmək istəyiriksə, bizdə olan diktaturanı işə salmalıyıq. Bundan sonra növbəti il dönüş nöqtəsi olsun” – Lukaşenka bildirib.

O, həmçinin qeyd edib ki, yüksək məhsul üçün texnologiyalara ciddi riayət etmək vacibdir və bəzi yerlərdə bu, cümlədən ümumi əməyin nəticələrinə səhlənkar münasibət ucbatından hələ də həyata keçirilmir.

Murad

Mənbə: publika.az