İordaniya mətbuatı ermənilərin təxribatı və İƏT-in bəyanatından yazıb

İordaniya mətbuatı ermənilərin təxribatı və İƏT-in bəyanatından yazıb<span class="qirmizi"></span>

 

Qahirə, 16 avqust, AZƏRTAC

İordaniyanın “Əl Ənbat”, “Cohina”, “Şaab”, Nəbd əl Balad” qəzetlərində və Əlcəzairin “Əl Hərir” portalında ermənilərin hərbi təxribatı və İƏT-in bununla bağlı bəyanatından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, iordaniyalı akademik Mərvan Sudanın müəllifi olduğu məqalədə qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Qarabağ İqtisadi Zonasının ərazisində törətdikləri hərbi təxribatlar və bir azərbaycanlı hərbçinin şəhid olması barədə yazılıb. Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan özünün Rusiya və Azərbaycan ilə imzaladığı üçtərəfli Bəyanatın müddəalarını pozur, bununla da rəsmi Bakının sülh müqaviləsi imzalanması və regional əməkdaşlığa dair təşəbbüslərinə əngəl törədir. Müəllif vurğulayır ki, regionun ən qüdrətli Silahlı Qüvvələri olan Azərbaycan Ordusu dərhal “Qisas” əməliyyatı keçirib və qanunsuz erməni silahlı dəstələrinin yerləşdiyi bir neçə yüksəkliyi nəzarət altına alıb.

Məqalədə vurğulanıb ki, 2 milyarddan çox əhalinin yaşadığı 57 ölkəni birləşdirən İƏT-in Baş Katibliyi də erməni silahlı dəstələrinin hərbi təxribatı ilə bağlı bəyanat yayıb və Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin azərbaycanlı şəhidin ailə üzvlərinə başsağlığı verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az