Latviya Bayraktar TB2 almaq üçün vəsait toplayır

Latviya Bayraktar TB2 almaq üçün vəsait toplayır<span class="qirmizi"></span>

Latviya sakinləri Müdafiə Nazirliyinin və Ziedot.lv xeyriyyə təşkilatının dəstəyi ilə Ukraynaya təhvil vermək üçün Türkiyədən Bayraktar TB2 döyüş pilotsuz təyyarəsi almaq üçün vəsait toplamağa başlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Latviya Radio və Televiziyasının portalı məlumat yayıb .

Xeyriyyə təşkilatının rəhbəri Ruta Dimante bildirib ki, onlar konkret ehtiyaclara görə, Ukraynanın fikrini dinləyiblər.

“Böyük məbləğdə ianə verməyə ehtiyac yoxdur. Hər kəs 5 və ya 10 avro ianə versə, məqsədə çox tez çata bilərik” deyən Dimante “bir pilotsuz uçan aparatın hərbi əməliyyatların nəticəsini həll edə bilməyəcəyini” qeyd edib. Bu Ukrayna tərəfinə “dəstək olduğunu” hiss etməsinə kömək edəcək. ”

Qeyd olunur ki, təşəbbüsün müəllifləri latviyalı musiqiçi Ralf Eylands və ukraynalı jurnalist Volodimir Biryukovdur.

 

Mənbə: www.unikal.org