“Suriyanın İsrail-İran qarşıdurması meydanına çevrilməsi həyəcanvericidir...”

“Suriyanın İsrail-İran qarşıdurması meydanına çevrilməsi həyəcanvericidir...”<span class="qirmizi"></span>

Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəhbəri, admiral İqor Kostyukov bildirib ki, Rusiya Suriyanı İran və İsrail arasında münaqişə meydanına çevirmək risklərini görür.

 

“İnterfaks” xəbər verir ki, o, Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransında bunu deyib:

 

“Suriyanın İsrail-İran qarşıdurması meydanına çevrilməsi həyəcanvericidir”.

 

O, həmçinin bildirib ki, Suriya ordusu ölkə ərazisinin 80%-dən çoxuna nəzarət edir və Rusiyanın yardımı ilə radikal qruplaşmalara ciddi ziyan dəyib.

 

“Suriya Ərəb Respublikasının şimal-qərbində İdlib zonasında Qərb silahlı müxalifətin ön mövqelərini ələ keçirməyə çalışır. Eyni zamanda, anklavda “Həyat Təhrir əş-Şam” terror qruplaşması və digər əlaqəli, 18 min nəfərdən çox radikal ekstremist təşkilatlar da öz fəaliyyətlərini davam etdirirlər”, - Kostyukov bildirib.

 

Mənbə: moderator.az