Latviya nadir hallarda rusiyalılar üçün müvəqqəti yaşayış icazəsini uzadacaq

Latviyanın hakim koalisiyası Rusiya vətəndaşları üçün müvəqqəti yaşayış icazələrinin uzadılması prinsiplərini dəyişdirməyə razılaşıb - gələcəkdə onlar nadir hallarda uzadılacaq.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında Latviyanın Baş naziri Krisyanis Karins bildirib.

Onun sözlərinə görə, məsələn, həyat yoldaşlarına görə olan daimi yaşayış icazələrinin bundan sonra yalnız dövlət dili imtahanından uğurla keçənlərə verilməsi qərara alınıb.

K.Karins yaxın həftələrdə hökumətdə müvafiq qərarların veriləcəyini vurğulayıb.

Baş nazir qeyd edib ki, artıq Rusiya vətəndaşlarına müstəsna hallar istisna olmaqla, viza verilmir, yaşayış icazəsi isə praktiki olaraq verilmir.

Bundan əvvəl Latviyanın daxili işlər naziri Kristaps Eklons daimi yaşayış icazəsi alanların dövlət dili biliyinin yoxlanılmasını təklif etmişdi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada azərbaycanlı tələbə itkin düşüb – FOTO

SONRAKI XƏBƏR

İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb