Zelenski və Makron Zaporojye AES-i müzakirə etdi

Ukrayna Prezidenti Vladimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Telefon söhbəti 1 saat 20 dəqiqə davam edib.

Bildirilir ki, prezidentlər danışıqlar zamanı MAQATE missiyasının Zaporojye AES zonasında fəaliyyət şərtlərini müzakirə edib.

Həmçinin, tərəflər Ukrayna taxılının ixracını müzakirə edib və bu kontekstdə taxılın Odessa limanından dəniz yolu ilə ixracını nəzərdə tutan sazişin davam etdirilməsini alqışlayıblar.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Şəkidə kütləvi dava: 17 yaşlı gənc xəstəxanlıq oldu

SONRAKI XƏBƏR

İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq