Cümşüd Nuriyev: “Kişilər bunu daha çox gizli edirlər, lakin bu adam o qədər...”

Cümşüd Nuriyev: “Kişilər bunu daha çox gizli edirlər, lakin bu adam o qədər...”<span class="qirmizi"></span>

“Heç bir nazirlikdə orada törədilən əxlaqsız hərəkətə görə nazirliyin rəhbəri, yaxud da onun müavinləri məsuliyyət daşımır. Azərbaycan qanunvericiliyində belə şey yoxdur. Beynəlxalq qanunvericiliyə görə, səhv etmirəmsə, Avropa İnsan Haqqları Konvesiyasının 8-ci maddəsində qeyd olunub ki, insanlar sərbəstdirlər və istədikləri hərəkətləri edə bilərlər. Ümumiyyətlə, bu məsələdə ən şərəfsiz mövqedə həmin videoları çəkən Zaur Mirzəyev dayanır. Adam kişiyə yaraşmayan, çox şərəfsiz hərəkət edib. Belə işlərlə məşğul olan kişilər gizli edirlər. Lakin bu adam o qədər şərəfsizdir ki, özü cəhənnəmə, görün neçə qadının ailəsini də dağıdıb. Bu xoş olan bir şey deyil. Təəssüf ki, bunu sosial şəbəkələrdə sanki “Aydan adam gəlib” və onun haqqında qeyri-adi məlumat verirlərmiş kimi yayırlar. Bu məsələdə Azərbaycanın milli dəyərlərinin və milli ölçülərinin ayaqlar altına atılması çox təəssüfləndirici haldır. Millətin bəzi nümayəndələrinin əxlaqi normadan çıxıblar, əxlaqsız şəxslərə çevrilib. Əlbəttə, bu tip adamlar bütün xalqlarda var, amma bu Azərbaycana yaraşmayan bir şeydir. Yayılan görüntülərin nə zaman çəkilməsi önəmli deyil, əsas məqam odur ki, bu adam şərəfsiz şəkildə görüntüləri çəkib. Və onların indi mətbuata ötürülməsi, kimlərinsə də bu videolardan Kəmaləddin Heydərova qarşı istifadə etməsi yolverilməzdir. Buna “qurşaqdan aşağı zərbə” deyirlər. İstənilən yerdə bu cür tərbiyəsizlik ola bilər, ancaq biz müsəlmanıq, milli dəyərlər var və bu baxımdan da yolverilməz bir məsələdir”.

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

C.Nuriyev qeyd edib ki, nazir işə qəbul edəndə, işçinin alnına necə olması yazılmır: “Bu yaşımda da anlaya bilmirəm ki, belə şeylərdən kimlərəsə qarşı istifadə etmək nəyə lazmıdır... Görün buna görə neçə ailə dağılacaq. Videodakı qadınların qohum-əqrəbaları da var…Bunun sonu necə olacaq bilmirəm… Burada, hətta intihar halı da baş verə bilər. Bu insanlığa yaraşmayan bir şeydir. Görünən odur ki, bu adam oradakı qadınları bir dəfə çəkib sonra isə hər dəfə onları şantaj edib. O, şərəfsizdir. Onu başqalarının ailələrinə müdaxilə etdiyinə, insanların əxlaqını pozmağa cəhd etdiyinə görə həbs etmək lazımdır. Bununla bağlı həm inzibati xətalar məcəlləsində pozğunluqla məşğulolma, həm də cinayət məcəlləsində intihara sövqetmə kimi maddələri var. Heç kim o qadınlardan hansınınsa özünü öldürməyəcəyinə zəmanət verə bilməz. Ola bilər ki, qadın yoldan çıxıb, bunu anladıq, ancaq bunu bu qədər şişirdib Azərbaycan qadının adına yazmaqdan böyük şərəfsizlik yoxdur. Bizdə bu qədər şəhid anaları, şəhid xanımları var və heç kim də onlar haqqında nəsə deyə bilməz. İndi cəmiyyətin 10-15 tör-töküntüsünə görə Azərbaycan xanımının adına yaraşmayan addımları atanları təbliğ etmək tərbiyəsizlikdir. Bu, sosial şəbəkələrdən yığışdırılmalıdır. Ayıbdır! Kim kimi vurmaq istəyir, getsin başqa şeylə vursun. Bunu yayanlar anlamaq istəmirlər ki, onlar bununla cəmiyyətə tərbiyəsizlik mesajı ötürür və cəmiyyətdə əxlaqsızlığı təbliğ edirlər. Cahil adam çoxdur. Bundan yararlanan adamların sonu nə olacaq? Cəmiyyəti düşünün, ayrı-ayrı adamları yox! Kəmaləddin Heydərovla düşmən olanlar da bundan yararlanır, tirajlayırlar. Bunlar elə başa düşürlər ki, onlar Kəmaləddini vururlar, ancaq yox, onlar Azərbaycan cəmiyyətini, Azərbaycan xanımının namusunu ləkələyirlər. Bu adamlar bunu başa düşməlidirlər ki, ailələrin təməlini dağıdırlar. Buna görə də şəxsi məsələləri bir kənara qoymaq lazımdır”.

Leyla Yusubova

Mənbə: pravda.az