Dilicanda “Sülh döyüşçüsü” müsabiqəsi başlayıb, bu, Ermənistanda keçirilən beynəlxalq ordu oyunlarının bir hissəsidir. Tədbirin bu hissəsində Ermənistan Silahlı Qüvvələrini ölkənin Baş Qərargah rəisi təmsil edir. Ermənistan Müdafiə naziri Suren Papikyan isə Moskvaya səfər edib. Rusiyada keçirilən tədbirlər çərçivəsində hərbi texnikanın sərgisi də planlaşdırılır.
Ermənistanda keçirilən “Sülh döyüşçüsü” Ordu Oyunlarının açılış mərasimində “Sputnik Ermənistan”a müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan deyib ki, Ermənistan tərəfi təqdim olunan bütün nümunələrə böyük maraq göstərir.
“Və bu marağın nəticəsində biz silahlı qüvvələrimiz üçün nə lazımdırsa, onu seçirik”, - deyə o qeyd edib.
“Sülh döyüşçüsü” çərçivəsində Ermənistan, Rusiya, Belarus və Qazaxıstan silahlı qüvvələrinin komandaları 10 gün ərzində müxtəlif yarışlarda mübarizə aparacaqlar.
Alpər Mövludoğlu
Ordu.az
Mənbə: ordu.az