"Rus ordusu artıq "dünyanın ikinci ordusu" deyil" - Reznikov

"Rus ordusu artıq "dünyanın ikinci ordusu" deyil" - Reznikov<span class="qirmizi"></span>

Rusların anbarlarında hələ də kifayət qədər çox resurs olmasına baxmayaraq, Rusiya Federasiyasının ordusu mütləq "dünyanın ikinci ordusu" deyil.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Amerikanın səsi ” radiosuna müsahibəsində bildirib.

“Bu, şübhəsiz ki, artıq “dünyanın ikinci ordusu ” deyil. Bəli, onlar (ruslar – red.) sayca çoxdurlar. Onların anbarlarda və arsenallarda çoxlu resursları var. Ancaq bu resurs artıq köhnədir. Onlar hətta T-62 tanklarını Ukraynaya aparırlar”, - o qeyd edib.

Reznikov əlavə edib ki, hazırda Rusiyada 115-ə yaxın döyüşə hazır batalyon-taktiki qrup toplanıb, onlardan 105-i faktiki olaraq döyüş qabiliyyətini bərpa etmək üçün istifadə olunur.

 

Mənbə: www.unikal.org