Rusiya parçalanma həddinə çatdırılacaq - Bundan sonra geriyə yol yoxdur

Rusiya parçalanma həddinə çatdırılacaq - Bundan sonra geriyə yol yoxdur<span class="qirmizi"></span>

"Yaxın gələcəkdə Kollektiv Qərbin Rusiya ilə münasibətlərinin normallaşması gözlənilənlərin, deyilənlərin əksinə olaraq daha da pisləşəcək".

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, ABŞ Rusiyaya təzyiqin azalmasına imkan verməyəcək:

"Ukraynanı dəstəkləmək təkcə Ukraynanın taleyinin həll olunması deyil, bu məsələ dünya nəhənglərinin prinsipial mübarizəsi və eyni zamanda dünyada demokratiyanın qorunması məsələsidir, ona görə də Ukraynaya xəyanətdən söhbət gedə bilməz.

Müharibənin vaxtı uzandıqca Qərb Ukraynaya hərbi yardımdan, dəstək olmaqdan yorulub geri addım atmaq istəyə bilər. Amma ABŞ Rusiyaya təzyiqin azalmasına imkan verməyəcək.

ABŞ və NATO-nun məqsədi Rusiyanı xaricdən nəzarət altında olan kiçik protektoratlara parçalanma həddinə çatdırmaqdır. İmperator Rusiyası SSRİ-nin tarixini nəzərə almayıb və ona görə də, eyni yolla gedir. Bundan sonra geriyə yol yoxdur".

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az