“İşğalın məşqi” başlayır – Raketlərlə xəbərdarlıq, nüvə müharibəsi təhlükəsi

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. Amma Ukraynadan minlərlə kilometr aralıda da münaqişə ehtimalı var…

Gələn həftə ABŞ və Cənubi Koreya nüvə müharibəsi təhlükəsini artıran Şimali Koreyaya qarşı son illərin ən böyük hərbi təlimini keçirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, Vaşinqton və Seul təlimi “müdafiə” olaraq xarakterizə etsə də, Şimali Koreya bunu “işğalın məşqi” kimi qəbul edib və gözlənilən addımı atıb.

AFP xəbər agentliyinin verdiyi xəbərə görə, Şimali Koreya bu gün səhər saatlarda qərb sahilləri yaxınlığından dənizə doğru iki qanadlı raket atıb.

Şimali Koreyanın sözügedən addımı “Pxenyandan raketlərlə xəbərdarlıq” kimi şərh edilsə də, hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Hazırda Cənubi Koreya və ABŞ hərbi rəsmiləri uçuş məsafəsi və s. kimi detallarla bağlı təhlillər aparır.

Xatırladaq ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyinə bağlı beyin mərkəzi olan Silahsızlaşma və Sülh İnstitutunun baş direktorunun müavini Çoe Jin iyulun 22-də verdiyi açıqlamada demişdi: “ABŞ və onun müttəfiqləri bizimlə hərbi münaqişəyə girmək qərarına gəlsələr, təhlükəsizlik baxımından görünməmiş qeyri-sabitliklə üzləşəcəklər”.

Şimali Koreyanın raket sınaqlarının ölkəni müdafiə etmək üçün qanuni olduğunu söyləyən Jin ABŞ və Cənubi Koreyanınn raket sınaqlarını “ikili standart” kimi qiymətləndirmişdi.

Şimali Koreya lideri Kim Çen In vurğulayıb ki, Cənubi Koreya və ABŞ-dan gələn təhlükə qarşısında nüvə müharibəsi üçün hərəkətə keçməyə və hərbi hücumlara müqavimət göstərməyə hazırdır.

Kim Çen In bunun üçün lazım olan bütün addımların atılacağını vurğulayıb.

Nigar Cəfərli

Minval.info

ƏVVƏLKİ XƏBƏR

Yanğın Qalaltı otelinə çatır: Turistlər təxliyyə oluna bilər - VİDEO

SONRAKI XƏBƏR

“WhatsApp” istifadəçilərinə şad xəbər - YENİ FUNKSİYA GƏLİR