“Lragir”: Məqsədi indiki mərhələdə erməniləri Bakı qarantiyasına tabe etməkdir

 

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan nizamlanması prosesində Qarabağın statusu müzakirə olunmur, sadəcə olaraq Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi məsələsi müzakirə olunur, bunu isə Bakı təmin edəcək. “Lragir” nəşri yazır ki, Rusiya Müdafiə Nazirliyinin və Azərbaycanın məqsədi indiki mərhələdə erməniləri Bakı qarantiyasına tabe etməkdir.

“Ermənistan rəhbərliyinin bəyanatlarına əsasən, İrəvan bu tələblə razılaşır. Paşinyan dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi ərazi məsələsi deyil, ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir. Əgər Bakı və Moskva ermənilərin təhlükəsizliyinə zəmanət verirsə, o zaman Ermənistan ordusunun Qarabağda olmasına ehtiyac yoxdur. Və hökumət dairələri səmimi deyirlər ki, əgər Ermənistanla Qarabağ arasında seçim olarsa, o zaman İrəvan Qarabağı qurban verməlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Səfir: "Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək"

SONRAKI XƏBƏR

Yeddi ay əvvəl həyat yoldaşını itirən Ece Erkenin yeni sevgilisi üzə çıxdı