Azərbaycanlı jurnalist “Laçın dəhlizi”ndən keçdi - FOTO

Azərbaycanlı jurnalist “Laçın dəhlizi”ndən keçdi - <span class="qirmizi">FOTO</span>

“Haqqın.az” saytının baş redaktoru, tanınmış jurnalist Eynulla Fətullayev Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nəzarətində olan “Laçın dəhlizi”də olub.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə məlumat yayıb. O, “Laçın dəhlizi”ndə çəkilmiş fotosunu da paylaşıb.

Baş redaktor onu da əlavə edib ki, Laçında ermənilərin qanunsuz yaşadığı Zabux kəndinə də gedəcək:

““Laçın dəhlizi”nə daxil oldum. Yolum Zabux kəndinədir!”, - deyə o, açıqlamasında bildirib.

Bir qədər sonra E.Fətullayev Zabuxda olduğunu qeyd edərək, kənddən şəkil paylaşıb:

"Zabux kəndi. Kənd hələ ki salamatdır. Amma kəndi silahlı daşnaklar və millətçilərlə doldurublar. Ermənilərin qərargahına yollanıram!!!", - deyə baş redaktor şəkilə yazdığı şərhdə bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi ermənilər qarşısında qanunsuz yaşadıqları Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərini avqustun 25-dək tərk etmək tələbi qoyub.



 

Mənbə: azvision.az