Ukrayna MN: "Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir"

"Yaxın vaxtlarda bütün cəbhə xətti boyunca ciddi hadisələr gözlənilir".

"Report" "RBK Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

"Bu, təkcə Ukraynanın Müstəqillik Günü ilə bağlı deyil. Biz əvvəllər də avqust-sentyabr aylarında cəbhədə hadisələrin gələcək inkişafına təsir edəcək mühüm dövrün başlayacağını bildirmişdik", - o söyləyib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi əlavə edib ki, düşmənin geri çəkilməsi hələ müzakirə mövzusu deyil və Ukrayna hərbçiləri işğal olunmuş ərazilərin azad edilməsi üçün aktiv fəaliyyət göstərəcək.

Xatırladaq ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov avqust ayında cəbhədə ilk qələbələrinin baş verəcəyi ilə bağlı açıqlama verib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çin ordusu HJ-9 tank əleyhinə raketlərini yüksək hündürlükdə sınaqdan keçirib

SONRAKI XƏBƏR

1200 nəfərin həyatına son qoyan yanğın – Kreml bu faciəni ictimaiyyətdən gizli saxlayıb