Rusiya əməliyyata nə qədər canlı qüvvə cəlb edib? - Şok iddia

 

Rusiya Ukraynaya qarşı müharibəsinə 115 batalyon-taktiki qrupu cəlb edib. Bu, 135 min nəfərə qədər şəxsi heyət deməkdir, amma onların hamısı peşəkar hərbçi deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.

Onun sözlərinə görə, bu qruplardan 105-i hazırda cəbhədə fəaldır:

“Ümumilikdə, 135 min hərbçinin olduğunu ehtimal etmək olar. Amma bir daha təkrar etmək lazımdır ki, bu “kokteyl”dir. Orada müvəqqəti işğal edilmiş ərazilərdən olan muzdlular, səfərbər edilmiş tələbələr, Rusiya Qvardiyası və daha kimlər var. O cümlədən peşəkar hərbçilər”.

Müdafiə naziri həmçinin Rusiyanın “dünyanın ikinci ən güclü ordusu”na malik olmadığını iddia edib və bildirib ki, ruslar döyüşlərdə köhnəlmiş sovet tipli texnikalardan istifadə etməyə başlayıblar.

“Bu, şübhəsiz ki, “dünyanın ikinci ordusu” deyil. Bəli, onların sayı çoxdur, anbarlarda və arsenallarında çoxlu resursları var. Amma bu resurslar çox köhnədir. Hətta Ukraynaya T-62 tanklarını da gətirirlər”, - Reznikov vurğulayıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Şabranda meşə yanğınının “Qalaaltı” İstirahət Mərkəzinə keçməməsi üçün tədbir görülür

SONRAKI XƏBƏR

Türkiyə və İsraildən tarixi addım: Rəsmən açıqlandı