İsrail prezidentindən Türkiyə ilə bağlı MÜHÜM AÇIQLAMA

İsrail prezidenti İsxak Hersoq Türkiyə ilə münasibətlərin normallaşması fonunda səfirlərin yenidən təyin edilməsi qərarı ilə bağlı açıqlama verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, prezident bildirib ki, Türkiyə ilə tam diplomatik münasibətlərin yenilənməsinin tərəfdarıdır:
“Bu, iqtisadi əlaqələri, qarşılıqlı turizmi, İsrail və türk xalqları arasında dostluğu inkişaf etdirəcək mühüm inkişafdır”, – Hersoq deyib.

 

“Yaxşı qonşuluq münasibətləri və tərəfdaşlıq ruhu Yaxın Şərqdə hamımız üçün vacibdir. Bütün dinlərin nümayəndələri – müsəlmanlar, yəhudilər və xristianlar birlikdə sülh şəraitində yaşaya bilər və yaşamalıdırlar”, -deyə İsrail prezidenti vurğulayıb.

Musavat.com

Minval.info

ƏVVƏLKİ XƏBƏR

Bu iki MDB ölkəsi Ukraynaya texnika göndərir - Baqdasarov

SONRAKI XƏBƏR

Sarı dənizdə gəmilərin hərəkətinə QADAĞA qoyuldu