Akif Nağı yeni partiyanın sədri oldu

Akif Nağı yeni partiyanın sədri oldu<span class="qirmizi"></span>

Qarabağ Azadlıq Təşkilatı (QAT) bu gün VI (yenidən təşkil) qurultayı keçirib. AzVision.az xəbər verir ki, Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evində keçirilən qurultayda QAT-ın bazasında Azad Vətən Partiyası təsis edilib.


Qurultayda məruzə ilə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, adla bağlı uzun müddət müzakirələr aparıldıqdan sonra “Azad Vətən Partiyası” üzərində dayanıblar.

Qurultayda Akif Nağı səsvermə yolu ilə partiyanın sədri seçilib. Novruz Novruzov partiyanın Siyasi Şurasının sədri seçilib. A.Nağı bildirib ki, partiyanın siyasi kursu sol mərkəzçi xətt olaraq müəyyən edilib.

Tədbirdə qurumun proqram və nizamnaməsi də qəbul edilib.

Sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınıb.

 

Mənbə: azvision.az