Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan hərbi təlimlərə başladı

SONRAKI XƏBƏR

FHN-nin yeganə qadın generalı kimdir? - O, Nikolayın portretini iş otağından asıb? - FOTO