FHN-nin yeganə qadın generalı kimdir? - O, Nikolayın portretini iş otağından asıb? - FOTO

“Neçə gündür fikirləşirəm ki, görəsən, ölkənin yeganə xanım generalı olan Sevda Şirinova hansı xidmət, igidlik, qəhrəmanlığına görə Fövqəladə Hallar Nazirliyində general olub? Təsəvvür edin ki, bu yeganə xanım general haqqında Vikipediyada belə hər hansı məlumat yoxdur. Ayrı-ayrı yayımlanan informasiyalardan isə məlum olur ki, o, uzun illər Kəmaləddin Heydərovla keçmiş keçmiş Gömrük Komitəsində bir yerdə çalışıb”.

Pravda.az xəbər verir ki, bu sözləri keçmiş deuptat Etibar Hüseynov deyib.

“Xanım generalın internetdə cəmi-cümlətanı bircə fotosu var, orada da başının üstündə Nikolayın portreti... Vəssalam, ayrı heç bir informasiya yoxdur. Adam iş yerində başının üstünə Nikolayın portretin niyə assın ki? Amma o da məlum oldu ki, Sevda Şirinova 17 ildir FHN-də Kadrlar idarəsinin rəisi imiş. Həmin kadr siyasəti də hansı gündə imiş, məlum oldu”, - E.Hüseynov bildirib.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub

SONRAKI XƏBƏR

Quterreş Lvova getdi