Beynəlxalq məhkəməyə müraciət olunacaq - VİDEO

Beynəlxalq məhkəməyə müraciət olunacaq - VİDEO<span class="qirmizi"></span>

Keçmiş məcburi köçkünlər - Laçın şəhəri və rayonun Zabux və Sus kəndlərinin sakinləri orada məskunlaşan erməniləri beynəlxalq məhkəməyə verərək təzminat tələb edə bilərlər. Səbəb açıq-aydın ortadadır.

1994-cü ildə Livan, Suriya, Rusiya və İraqdan gələn ailələr həmin əraziləri tərk etmək məcburiyyətində qaldırlarından evlərdə, meşələrdə yanğınlar törədirlər. Bu mənzərə digərləri kimi Laçın şəhər sakini Aqil Səfərəliyevi də narahat edir.

Vətəndaş cəmiyyətinin nümayəndəsi Azər Allahverənov Real-a açıqlamasında bildirdi ki, birmənalı olaraq Azərbaycan ona vurulan ziyanın hesablanması il bağlı zəruri tədbirlərə başlayıb.

Ermənilərin Laçında evlərə, flora və faunaya zərər verməsinə görə məsuliyyəti birbaşa Ermənistan tərəf daşıyır. Millət vəkili, Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvi Vüqar İsgəndərov bildirdi ki, erməni sakinlərin Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşması da beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Ermənilərin Laçında məhkəmə pridmetinə çevrilən vandallığı köç prosesinə heç bir şəkildə mane ola bilməz. Prezident İlham Əliyev də çııxında bidirmişdi ki, biz Laçına, Zabuxa və Susa qayıtmalıyıq. Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə göstəriş verib.

Hazırda Doğma yurduna qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi, istək və tələblərinin müəyyənləşdirilməsi istiqamətində sorğular aparılır, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, proses 2020-ci noyabrın 10-da imzalanan 3 tərəfli bəyanatın 7-ci bəndində öz əksini tapıb. Özü də Şəxsən dövlət başçısının təşəbbüsü və birbaşa təkidi ilə...

 

Mənbə: www.realtv.az