Rusiya Qara Dəniz Donanmasının yeni komandanı təyin olundu

Rusiya Qara Dəniz Donanmasının yeni komandanı vitse-admiral Viktor Sokolov oldu.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, artıq Sevastopoldakı hərbi şuranın üzvlərinə təqdim olunub.

"Onun təyinatı ilə bağlı baş komandanın əmri olub. O, hərbi Şuranın üzvlərinə təqdim olunub. Heç bir ictimai tədbir keçirilmədi və yəqin ki, şəhərdə terror təhlükəsinin sarı səviyyəsinə görə olmayacaq", - mesajda deyilir.

Qara dəniz donanması hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Ağarza Elçinoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

"Azercell"dən abunəçilərinə XƏBƏRDARLIQ

SONRAKI XƏBƏR

Putinin "qara qutu"su Türkiyədə: Təhlükəsizlik tədbirləri gücləndirildi