"Hraparak”: 2023-cü il büdcəsini Ermənistan parlamenti deyil, Azərbaycan Prezident Aparatı təsdiq edəcək

"Hraparak”: 2023-cü il büdcəsini Ermənistan parlamenti deyil, Azərbaycan Prezident Aparatı təsdiq edəcək<span class="qirmizi"></span>

 

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərindən biri avqustun sonunda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün planlaşdırıldığını açıqlayıb. “Hraparak” nəşri yazıb ki, Azərbaycanın gündəmi bəllidir, amma Ermənistanın hansı gündəliyi, ümumiyyətlə, Ermənistan hakimiyyətinin nə istədiyi məlum deyil.

“Ermənistan Azərbaycanın tələbləri ilə üzləşir, yoxsa onların yerinə yetirilməsini bir az ertələyir, sonra isə yerinə yetirərək bəyan edir ki, yerinə yetirməmək mümkün deyil, əks halda “yeni müharibə, yeni itkilər” düsturu işə yarayacaq?”, - deyə müəllif sual edir.

Məqalədə bildirilir ki, Azərbaycan Zəngəzir dəhlizini və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdəki qanunsuz erməni dəstələrinin tərksilah edilməsini tələb edir.

“Azərbaycan Ermənistana istədiyinə nail olmaq üçün necə təzyiq edəcəyini bilir. Putin, Paşinyan və İlham Əliyev görüşəndə Laçın, Zabux və Sus artıq boşaldılacaq və Azərbaycana təhvil verməyə hazır olacaq. Azərbaycan tələb edir ki, yeni dəhliz Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizlə eyni statusa malik olmalıdır. Ruslar o yolda təhlükəsizlik qarantı kimi dayana bilər, amma Ermənistanda gömrük və sərhəd nəzarəti olmamalıdır, Azərbaycan vətəndaşlarının və mallarının gedişinə Ermənistan sərhədçiləri və gömrükçüləri nəzarət etməməlidir. Əks halda Azərbaycan Xankəndi və Ermənistan arasında sərhəd və gömrük nəzarəti yaradacaq. Eyni şey digər kommunikasiyalara da aiddir: qaz, işıq, internet bağlantısı. Əgər Ermənistanın Xankəndini qaz və elektrik enerjisi ilə təmin etmək hüququ varsa, o zaman Azərbaycan da Zəngəzur dəhlizində qaz, neft, elektrik enerjisinin nəqli-tranzit infrastrukturları qura bilər. Bunda ən çox Azərbaycan maraqlıdır”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, Ermənistanın Azərbaycanın tələblərinə müqavimət göstərmək üçün resursları yoxdur. Azərbaycan qanunsuz erməni dəstələrinin buraxılmasını və tərksilah edilməsini tələb edir.

“Üstəlik, Azərbaycan Ermənistandan bunu da tələb edir. Azərbaycan hakimiyyəti Ermənistan büdcəsindən Qarabağa ayrılan illik hökumətlərarası kreditin məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. O, o həddə qədər azaldılmalıdır ki, yalnız humanitar problemləri həll etmək mümkün olsun. Söhbət pensiya, əmək haqqı, müavinətlər, lakin strukturların maliyyələşdirilməsindən gedir.

Azərbaycan Ermənistanın dövlət büdcəsini özü tərtib edib, hansı sektora nə qədər maliyyə ayrılacağına qərar vermək istəyir. Paşinyan hakimiyyətdə qalsa, 2023-cü ilin büdcəsini Ermənistan parlamenti deyil, Azərbaycan prezidentinin aparatının təsdiq edəcəyi istisna edilmir. Ya da orada təsdiq olunsun, sonra Ermənistan parlamentinə göndərilsin”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az