Erməni müxalifətçi: “İrəvanda atəş və partlayış tüstüsü altında meqa-maraqlar toqquşur”

Erməni müxalifətçi: “İrəvanda atəş və partlayış tüstüsü altında meqa-maraqlar toqquşur”<span class="qirmizi"></span>

Erməni müxalifətçi: “İrəvanda atəş və partlayış tüstüsü altında meqa-maraqlar toqquşur”

“Baş nazirin keçmiş müavini Tiqran Avinyanın faciənin episentrinə gedib Ermənistanda hakim “Mülki Müqavilə” partiyasından İrəvan meri vəzifəsinə namizədliyini irəli sürdüyünü elan etməsi təsadüf deyil”.

Ermənistan mediası xəbər verir ki, bu barədə keçmiş deputat, müxalif siyasətçi Artur Kazinyan öz Facebook səhifəsində yazıb.

“Bu açıqlamanın İrəvan Ağsaqqallar şurasına seçkilər ərəfəsində (2023-cü ilin sentyabrı) verilməsi diqqət çəkir. Siyasi, mənəvi və insani baxımdan bu, iyrəncdir, qəbuledilməzdir və siyasi ölümə bərabərdir, çünki faciə fonunda bu piar heç vaxt unudulmayacaq. Hər fürsətdə ona bunu xatırladacaqlar”,-deyə o bildirib.

“Hakim partiyada hansı daxili münaqişələr var? Sürməli ticarət mərkəzində baş verən partlayışın alovu və tüstüsü altında hansı meqa maraqlar toqquşub? Bu suallara cavabların kökləri 2018-ci ildə hakimiyyət dəyişikliyi hadisələrinə gedib çıxır”, - deyə Kazinyan yazıb.

Qeyd edək ki, T.Avinyan bu il avqustun 14-də 16 nəfərin həyatına son qoyan partlayışın baş verdiyi Sürməli ticarət mərkəzinə baş çəkib və özünü “hakim partiya tərəfindən irəli sürülən merliyə namizəd” kimi təqdim edib. /Musavat.com/

Mənbə: moderator.az