Ankarada Türkiyə ilə Qırğızıstan arasında əlaqələrin inkişafı imkanları müzakirə olunub

Ankarada Türkiyə ilə Qırğızıstan arasında əlaqələrin inkişafı imkanları müzakirə olunub<span class="qirmizi"></span>

 

Ankara, 17 avqust, AZƏRTAC

Türkiyə ilə Qırğıızıstan arasında imzalanmağa hazırlanan sənədlər var. Əlaqələrimizi necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. İki ölkə arasında illik ticarət həcmini bir milyard dollara çatdırmaq istəyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə birgə mətbuat konfransında ifadə edib.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında Bakıda və Daşkənddə keçirilən üçtərəfli görüşlər barədə qırğız həmkarına müfəssəl məlumat verdiyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az